Müdafiə Nazirliyi əsgər ölümü ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi əsgər ölümü ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib

21:27 - 21 / 10 / 2016
Müdafiə Nazirliyi əsgər ölümü ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib

Azərbaycan Müdafiə Nazirliyi əsgər ölümü ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

1news.az-ın APA-ya istinadən məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hərbi qulluqçumuzun kəşfiyyat-diversiya nəticəsində şəhid olması barədə sosial şəbəkələrdə yayılan xəbərlər həqiqəti əks etdirmir:

“Bir daha bildiririk ki, bölmələrimiz kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirməyib və şəhid verməyib. Təəssüflə qeyd edirik ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Həşimov Yusif Yunis oğlu oktyabrın 20-də səhər saatlarında qeyri-döyüş şəraitində həlak olub”, - deyə məlumatda qeyd olunur.

Müdafiə Nazirliyi bildirir ki, hadisə ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb və ölüm faktının baş verməsi səbəbləri araşdırılır:

“Bir daha xatırladaq ki, ordumuzla bağlı həqiqətə uyğun olmayan məlumatların dəqiqləşdirilmədən sosial şəbəkələr vasitəsilə yayılması bilavasitə düşmənin maraqlarına xidmət edir”.

1news.az

Paylaş:
862

Son xəbərlər

Bütün xəbərlər