AZAL “Samsung Galaxy Note 7” smartfonlarına qadağa qoydu | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL “Samsung Galaxy Note 7” smartfonlarına qadağa qoydu

10:11 - 21 / 10 / 2016
AZAL “Samsung Galaxy Note 7” smartfonlarına qadağa qoydu

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) reyslərində “Samsung Galax Note 7” smartfonların əl yükündə və qeydiyyatdan keçən baqajda daşınması qadağan olur.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən xəbərə görə, bu qərar ABŞ-ın aviasiya hakimiyyəti, eləcə də bütün dünya üzrə digər sərnişin aviadaşıyıcıları tərəfindən analoji qadağadan sonra qəbul edilib.

Əl yükündə smartfon aşkarlandığı halda telefon sahibi smartfonu yola salan tanışlarından birinə verməyənədək sərnişinin təyyarəyə minməsindən imtina edilə bilər, çünki aviaşirkət hava limanında saxlama xidmətləri vermir.

Əgər smartfon təyyarənin salonuna bilmədən keçirilibsə,  onu dərhal söndürmək və uçuşun başa çatmasınadək söndürülmüş vəziyyətdə saxlamaq lazımdır.

Əgər həmin smartfon baqajda aşkar olunarsa, o reysə yüklənməyəcək və sərnişinin tələb etməsinədək hava limanında itirilmiş baqaj bürosuna (Lost & Found) göndəriləcək.

Biz başa düşürük ki, təyyarənin göyərtəsində bu telefonun istifadəsinə qadağa sərnişinlərdən bəzilərində narahatçılıq yarada bilər, lakin "Azərbaycan Hava Yolları" üçün prioritet ilk növbədə göyərtədə təhlükəsizliyin təmin edilməsidir.

1news.az

 

Paylaş:
612

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər