Rusiyada təyyarə qəzası: 22 nəfərin taleyindən xəbər yoxdur | 1news.az | Xəbərlər
Dünya

Rusiyada təyyarə qəzası: 22 nəfərin taleyindən xəbər yoxdur

21:51 - 21 / 10 / 2016
Rusiyada təyyarə qəzası: 22 nəfərin taleyindən xəbər yoxdur

Göyərtəsində 22 nəfərin olduğu “Mi-8” tipli təyyarə Rusiyanın Yamal-Nenets Muxtar Dairəsində qəzaya düşüb.

1news.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, bu barədə hüquq-mühafizə orqanlarından olan mənbə bildirib.

Mənbənin sözlərinə görə, ekipaj üzvləri ilə əlaqə kəsilib. Təyyarənin məcburi enişi barədə təyyarədəki sərnişinlərdən biri məlumat verib.

Qəza nəticəsində xəsarət alanların sayı dəqiq deyil.

Təyyarənin “Skol” aviaşirkətinə məxsus olduğu qeyd olunur.

1news.az

Paylaş:
831

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər