Azərbaycanda iPhone 7-nin rəsmi satışı başladı - QİYMƏTLƏR | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda iPhone 7-nin rəsmi satışı başladı - QİYMƏTLƏR

22:39 - 21 / 10 / 2016
Azərbaycanda iPhone 7-nin rəsmi satışı başladı - QİYMƏTLƏR

Azərbaycanda "Apple" şirkətinin "iPhone 7" və "iPhone 7 Plus" smartfonlarının satışına rəsmən start verilib.

1news.az xəbər verir ki, bu barədə Trend-ə "Alma Store" ("Apple" firma mağazalarının Azərbaycanda rəsmi şəbəkəsi) şirkətindən bildiriblər.

Qeyd olunub ki, "iPhone 7" smartfonlarının qiyməti 1649-1849 manat arasında dəyişir - müvafiq olaraq 32 və 128 qiqabayt yaddaşla.

32 qiqabaytlı "iPhone 7 Plus" versiyası 2149 manat, 128 qiqabaytlı "iPhone 7 Plus" isə 2349 manatdır.

1news.az

Paylaş:
1325

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər