Hüseyn Bağırov Qərb rayonlarının sakinləri ilə görüşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Hüseyn Bağırov Qərb rayonlarının sakinləri ilə görüşəcək

11:42 - 21 / 10 / 2016
Hüseyn Bağırov Qərb rayonlarının sakinləri ilə görüşəcək

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov oktyabrın 27-də Tovuz, Şəmkir, Ağstafa və Qazax rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. 

1news.az-ın məlumatına görə, saat 10:00-da başlayacaq qəbul Tovuz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Tovuz şəhəri Əzizbəyov küçəsi 1) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin Tovuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə (Tovuz şəhəri, Rövşən Məmmədov küçəsi 1) müraciət etmələri (əlaqə telefonları: 022-315-33-73, 050-633-99-45, 050-413-30-15) xahiş olunur.

1news.az

Paylaş:
600

Son xəbərlər

Bütün xəbərlər