Türkiyə hərbçiləri azərbaycanlı dənizçini xilas edib | 1news.az | Xəbərlər
Dünya

Türkiyə hərbçiləri azərbaycanlı dənizçini xilas edib

18:47 - 23 / 10 / 2016
Türkiyə hərbçiləri azərbaycanlı dənizçini xilas edib

Türkiyə Hərbi Dəniz Qüvvələri mühərrikinin sıradan çıxması səbəbindən Qara dənizdə sürüklənən yük gəmisinin heyət üzvü olan azərbaycanlı dənizçini xilas edib.

1news.az APA-ya istinadən xəbər verir ki, Türkiyənin Tuzla limanından Ukraynanın Sevastopol limanına yollanan Panama bayraqlı “M/V FOM” yük gəmisinin heyəti oktyabrın 21-də həyəcan siqnalı verərək yardım istəyib.

Qara dənizdəki Ereğli limanından 70 mil şimalda olan gəminin heyətinin xilas edilməsi üçün Türkiyə Hərbi Dəniz Qüvvələri bölgəyə “Yıldırım” gəmisini göndərib. Gəmidəki “AB-212” Xilasetmə əməliyyatı üçün hava qaldırılıb.

Vertolyotdan endirilən nərdivan vasitəsi ilə bir azərbaycanlı, dörd gürcü və 3 Türkiyə vətəndaşı olmaqla, 8 gəmi heyəti xilas edilib.

Gəmi heyəti Ereğli limanına gətirilib. Gəmi heyəti xilasetmə əməliyyatı ilə əlaqədar hərbçilərə təşəkkür edib.

1news.az

Paylaş:
664

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər