Avropanın ən yaxşı gənc futbolçusu məlum oldu | 1news.az | Xəbərlər
Futbol

Avropanın ən yaxşı gənc futbolçusu məlum oldu

09:32 - 24 / 10 / 2016
Avropanın ən yaxşı gənc futbolçusu məlum oldu

“Bavariya” klubunun yarımmüdafiəçisi, Portuqaliya yığmasının üzvü Renatu Sançeş  Avropanın ən yaxşı gənc futbolçusuna təqdim edilən “Golden Boy” mükafatına layiq görülüb.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə İtaliyanın “Tuttosport” qəzeti xəbər verib.

2003-cü ildə “Tuttosport” tərəfindən təsis edilmiş “Golden Boy” mükafatı hər il yaşı 21-dən çox olmayan ən yaxşı Avropa futbolçusuna təqdim edilir.

Avqustun 18-də 19 yaşı tamam olmuş R.Sançeş “Golden Boy” mükafatına layiq görülən ilk portuqaliyalı futbolçudur.

Qeyd edək ki, R.Sançeş Portuqaliya yığmasının heyətində AVRO-2016-nın qalibi olub. Mayda “Benfika”dan “Bavariya”ya 35 milyon avroya keçən gənc futbolçu Münhen klubu ilə 5 illik müqavilə imzalayıb.

1news.az

Paylaş:
669

Son xəbərlər

Bütün xəbərlər