Erməni deputat: Son 25 ildə ilk dəfədir ki, biz ərazi “itkisinə” məruz qaldıq | 1news.az | Xəbərlər
Ermənistan

Erməni deputat: Son 25 ildə ilk dəfədir ki, biz ərazi “itkisinə” məruz qaldıq

14:50 - 25 / 10 / 2016
Erməni deputat: Son 25 ildə ilk dəfədir ki, biz ərazi “itkisinə” məruz qaldıq

Ermənistlı deputat Zarui Postanciyan bu gün düşmən ölkənin parlamentinin iclasında maraqlı sözlər ifadə edib.

1news.az-ın News.am-a istinadən verdiyi məlumatına əsasən, Postanciyan aprel döyüşləri zamanı Azərbaycan silahlı qüvvələrinin Ermənistan işğalından azad etdiyi ərazilər barədə xüsusi toplantı keçirməyi təklif edib.

“Yaran vəziyyətlə bağlı çıxış yollarının təklif olunması lazımdır. Son 25 ildə ilk dəfə ərazi itirmişik. Və biz bu məsələni nə müzakirə etdik, nə də çıxış yollarını təklif etdik. Rəsmilərimiz də bu barədə suallarımızı cavablandırmırlar”, - deyə deputat qeyd edib.

Deputat “itirimiş” ərazilərin necə “geri qaytarılması” yollarının axtarılmasının zəruri olduğunu bildirib.

Beləliklə, ermənilər bir daha aprel döyüşləri zamanı Azərbaycan ordusunun işğal olunmuş ərazililərimizin bir hissəsini azad etdiyini etiraf ediblər və, rəsmi İrəvanın münaqişə ilə bağlı danışıq prosesinə sadiq olduğu iddialarını təkzib edərək, Ermənistanda işğalçılıq siyasətinin davam etdirilməsi abu-havasının hök sürdüyünü sübut ediblər.

Bu haqda ATƏT-in həmsədrlərinin fikirləri çox maraqlı olardı. Görəsən, 25 ildən çoxdur ki, işğaldan əziyyət çəkən Azərbaycanı sülh yolu ilə məsələnin həllinə çağıran həmsədrlər ermənilərin ölkənin parlamentində işğalın davam etdirilməsi və genişləndirilməsi yollarını axtarmalarını necə qiymətləndirəcəklər?

1news.az

Paylaş:
967

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər