Millimizin keçmiş baş məşqçisi vəfat etdi | 1news.az | Xəbərlər
Futbol

Millimizin keçmiş baş məşqçisi vəfat etdi

23:16 - 25 / 10 / 2016
Millimizin keçmiş baş məşqçisi vəfat etdi

Braziliya yığmasının dünya şöhrətli keçmiş futbolçusu və baş məşqçi Karlos Alberto Torres 73 yaşında vəfat edib.

1news.az-ın məlumatına görə, braziliyalı mütəxəssis bu gün vətənində ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, 1970-ci ildə Braziliya yığmasının heyətində kapitan kimi dünya çempionu olan Torres əfsanəvi Pele ilə birgə çıxış edib. Finalda İtaliya yığmasına 4:1 hesabı ilə qalib gəldikləri oyunda qollardan birinin müəllifi Torres olub.

Xatırladaq ki, Torres 2004-2005-ci illərdə futbol üzrə Azərbaycan millisinin baş məşqçisi vəzifəsində çalışıb.

1news.az

 

Paylaş:
691

Son xəbərlər

Bütün xəbərlər