Tramp: "Klintonun xarici siyasət planı III dünya müharibəsinə aparacaq"
Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, Hillari Klintonun Suriyadakı münaqişənin nizamlanması üzrə planları III dünya müharibəsinə gətirib çıxara bilər.
1news.az-ın BBC-yə istinadən verdiyi məlumatına əsasən, Tramp-ın həmçinin ABŞ-ın hazırkı Suriya prezidenti Bəşər Əsədi istefa verməyə inandırmaq cəhdinin əvəzinə diqqətini İŞİD adlandıran qruplaşma ilə mübarizəyə yönəltməli olduğunu qeyd edib.
Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Klinton, daha əvvəl Suriya səmasında uçuşsuz zonanın yaradılmasını təklif edib.
"Siz Suriya ilə müharibə aparmırsınız, siz, Suriya, Rusiya və İran ilə döyüşürsünüz, razısız"? Tramp bildirib.
"Rusiya nüvə dövlətidir, amma yalnız danışıqlar aparan ölkələrdən fərqli olaraq bu dövlətdə nüvə silahı işləyir" - respublikaçıların namizədi hesab edir.
Donald Tramp güman edir ki, dəfələrlə Vladimir Putinin ünvanına sərt tənqidlə çıxış edən Hillari Klinton, sonra onunla danışıqlar apara bilməz.
"O necə öz sözlərindən imtina edib şər təcəssümü etdiyi insanla (Putin) danışıqlar masasına əyləşəcək?", Tramp qeyd edib.
Daha sonra o, İŞİD-ə qarşı diqqəti toplamağı təklif edib və deyib ki, "bizə əsas diqqəti Suriyaya yönəltmək lazım deyil".
"Əgər Klintona qulaq assaq hər şey Suriyaya görə üçüncü dünya müharibəsi ilə başa çatacaq", Respublikaçılar partiyasının ABŞ prezidentliyinə namizədi xəbərdarlıq edib.
Suriyada uçuşsuz zona yaradılması ilə bağlı analoji əndişəni ötən ay ABŞ silahlı qüvvələrinin qərargah rəislərinin Birləşmiş komitəsinin başçısı general Cozef Danford da bildirib.
Onun fikrincə, Suriya səmasında "uçuşsuz zona" Rusya ilə müharibəyə səbəb ola bilər.
"Bunun üçün kifayət qədər sanballı qərar qəbul etmək lazımdır və əlbəttə, onu qəbul etmək mənə düşməz", Amerika konqresində çıxış edən general deyib.
Qeyd edək ki, ABŞ-da prezidentliyə seçki günü Noyabrın 8-dir.
1news.az