Yeniyetmə sərbəst güləşçilərimiz moskvalı rəqiblərinə qalib gəldilər – FOTO | 1news.az | Xəbərlər
İdman

Yeniyetmə sərbəst güləşçilərimiz moskvalı rəqiblərinə qalib gəldilər – FOTO

13:35 - 26 / 10 / 2016
Yeniyetmə sərbəst güləşçilərimiz moskvalı rəqiblərinə qalib gəldilər – FOTO

Sərbəst güləş üzrə yeniyetmələrdən ibartə yığma komandanın üzvləri Moskva şəhər Bədən Tərbiyəsi və İdman Departamentinin dəvəti ilə qonşu ölkənin paytaxtında təlim-məşq toplanışında iştirak edib. 

1news.az-ın məlumatına görə, məşqçi Rövşən Umudovun rəhbərliyi altında yığmamızın 6 üzvünün iştirak etdiyi təlim-məşq toplanışının sonunda komandalar arasında yoldaşlıq görüşü keçirilib. Moskva şəhərini təmsil edən 2 komandayla qarşılaşan yığmamız 6:0 və 5:1 hesablı qələbə qazanıb.

2000-2001-ci il təvəllüdlü idmançılar arasında keçirilən yoldaşlıq görüşü zamanı yığmamızı Tofiq Əliyev (42 kq), Ramiz Həsənov (46 kq), Mahir Məmmədzadə (50 kq), Vüsal Hüseynov (54 kq), Hacıağa Məmmədov (58 kq) və Vahid Əlizadə (63 kq) təmsil edib. 

Xatırladaq ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Moskva şəhər Bədən Tərbiyəsi və İdman Departamentinin hər iki paytaxt şəhər arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə əldə etdiyi razılıq əsasında baş tutan qarşılıqlı səfərlər çərçivəsində Moskva idmançıları ötən il şəhərimizin qonağı olub.

1news.az

Paylaş:
725

Son xəbərlər

Bütün xəbərlər