“İnter”in prezidenti istefa verdi | 1news.az | Xəbərlər
Futbol

“İnter”in prezidenti istefa verdi

09:43 - 28 / 10 / 2016
“İnter”in prezidenti istefa verdi

Bakının “İnter” klubunun rəhbərliyində kadr dəyişikliyi baş verib.

1news.az-ın məlumatına görə, bu barədə  klubun rəsmi saytı məlumat yayıb.

Belə ki, paytaxt təmsilçisinin prezidenti Rəşad Qasımov vəzifəsindən ayrılıb. Məlumatda Qasımovun öz xahişi ilə postundan azad edildiyi bildirilib.

Prezident səlahiyyətlərinin müvəqqəti icrası klubun təhlükəsizlik idarəsinin rəisi Rüfət Abdullayevə həvalə olunub.

Qeyd edək ki, R.Qasımov ötən ilin dekabr ayında “İnter”in prezidenti vəzifəsinə təyin olunmuşdu. O, Georgi Nikolovu əvəzləmişdi.

1news.az

Paylaş:
710

Son xəbərlər

Bütün xəbərlər