“Zirə” “Kəpəz”i məğlub etdi | 1news.az | Xəbərlər
İdman

“Zirə” “Kəpəz”i məğlub etdi

16:03 - 30 / 10 / 2016
“Zirə” “Kəpəz”i məğlub etdi

Oktyabrın 30-da Azərbaycan Premyer Liqasında X turun növbəti oyunu keçirilib.

1news.az xəbər verir ki, günün ilk qarşılaşmasında Bakının “Zirə” və Gəncənin “Kəpəz” klubları üz-üzə gəlib.

Gərgin idman mübarizəsi şəraitində keçən matç bakılıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Zirə”nin heyətində Cavid Tağıyev və Elvin Məmmədov fərqlənib.

Bununla da paytaxt klubu məğlubiyyətsizlik oyunlarının sayını 4-ə çatdırıb və 14 xalla turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib.

“Kəpəz” isə 11 xalla 5-ci pillədə qərarlaşıb.

1news.az

Paylaş:
1221

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər