İtaliyadakı zəlzələnin fəsadları artır: onlarla yaralı var | 1news.az | Xəbərlər
Dünya

İtaliyadakı zəlzələnin fəsadları artır: onlarla yaralı var

16:31 - 30 / 10 / 2016
İtaliyadakı zəlzələnin fəsadları artır: onlarla yaralı var

Bu gün səhər İtaliyada baş vermiş güclü zəlzələ nəticəsində onlarla insan yaralanıb.

1news.az “Report” istinadən xəbər verir ki, bu barədə Mülki Müdafiə Departamentinin rəhbəri Fabrisio Kurço məlumat verib:

“Zəlzələ zamanı ölən olmayıb. Amma bizə onlarla insanın xəsarət alması barədə məlumat daxil olub. Onlardan birinin vəziyyəti ağırdır. Lakin hər şeyi yoxlamaq üçün vaxt lazımdır” - deyə o bildirib.

Qeyd edək ki, zəlzələ həmçinin çoxsaylı dağıntılara səbəb olub. Təbii fəlakət bir sıra yaşayış məntəqələrində binaların ziyan çəkməsi və dağıntılarla nəticələnib.

Bununla yanaşı, Roma metrosu da müvəqqəti olaraq sərnişinlərin üzünə bağlanıb. Yeraltı təkanlardan təlaşa düşmüş sakinlərin bəziləri mənzillərini tərk ediblər.

İtaliyanın Mülki Müdafiə Milli Xidmətinin məlumatına görə, təbii fəlakət zamanı ölənlər və ya yaralananlar qeydə alınmayıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 07:41-də İtaliyada 6,7 ballıq (bəzi məlumatlara görə 7,1 bal) zəlzələ baş verib. Zəlzələdən sonrakı 20 dəqiqə ərzində 4,1 və 4,6 bal gücündə daha 2 yeraltı təkan qeydə alınıb.

Yeraltı təkanlar ölkənin hər yerində, o cümlədən paytaxt Romada hiss edilib.

1news.az

Paylaş:
628

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər