Azərbaycanlı aktrisa Ərdoğanın qızı və kürəkəni ilə - FOTO | 1news.az | Xəbərlər
Dünya

Azərbaycanlı aktrisa Ərdoğanın qızı və kürəkəni ilə - FOTO

17:55 - 30 / 10 / 2016
Azərbaycanlı aktrisa Ərdoğanın qızı və kürəkəni ilə - FOTO

Xəbər verdiyimiz kimi, oktyabrın 29-da Türkiyə Cumhuriyyətinin qurulmasının 93-cü ildönümü münasibətilə Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın ev sahibliyi ilə Prezident sarayında tədbir keçirilib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dəvət olunan qonaqlar sırasında Azərbaycanın əməkdar artisti, aktrisa Məlahət Abbasova da olub.

O, Ərdoğanın qızı Esra Albayraq və kürəkəni, enerji və təbii ehtiyatlar naziri Berat Albayraqla tədbirdən çəkilmiş fotosunu İnstaqram hesabında paylaşıb:

“Bu gün Prezident sarayında Türkiyə Cumhuriyyətinin qurulmasının 93-cü ildönümü münasibətilə cənab prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən tədbirə Azərbaycandan sənət adamı olaraq yalnız mən dəvət olunmuşdum. Buna görə də ölkəm və xalqım adına qürur duyuram. Cənab prezident və həyat yoldaşı Əminə xanımla çox gözəl söhbətimiz oldu.

Azərbaycana göstərdikləri dostluq və qayğıya görə onlara ayrıca təşəkkür etdim. Daha sonra qızları Esra Albayraq və onun həyat yoldaşı, enerji və təbii ehtiyatlar naziri Berat Albayraqla uzun bir söhbətimiz oldu. Həm prezidentimizə, həm də ailəsinə onları teatrda görmək istədiyimizi, bu ziyarətin bizi xoşbəxt edəcəyini bildirdim. Əminə və Esra xanım gələcəklərini bildirdilər. Mənə göstərdikləri diqqətə görə prezidentə və ailəsinə minnətdaram”, - deyə M. Abbasova fotoya şərh kimi yazıb.

1news.az

Paylaş:
1323

Sizin üçün xəbərlər

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər