Azarkeşi yumruqla vuran futbolçu “Neftçi”dən qovuldu
“Neftçi” PFK rumıniyalı futbolçu Katalin Tira ilə müqaviləyə xitam verib.
1news.az xəbər verir ki, bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub.
Klubun icraçı direktoru Orxan Hüseynzadə bununla bağlı açıqlama verib:
“Biz Katalin Tira ilə müqaviləyə qarşılıqlı razılıq əsasında təzminat ödəmədən xitam verdik. Sabah ona aylıq məvacib ödəniləcək və tərəflərin bir-birinə heç bir borcu qalmayacaq”.
Qeyd edək ki, “Neftçi” PFK-nın məşqçilər korpusu əsas komandanın 5 üzvünün əvəzedici heyətə göndərilməsi haqqında qərar qəbul edib. Bunlar qapıçı Krşevan Santini, müdafiəçilər Jayro Rodriges, Vançe Şıkov, Dario Melnyak və hücumçu Denilson Pereyradır. Buna səbəb bu futbolçuların son oyunlarda uğursuz çıxış etməsidir.
1news.az