“İnter” – “Sumqayıt” matçında 4 qol | 1news.az | Xəbərlər
Futbol

“İnter” – “Sumqayıt” matçında 4 qol

18:51 - 30 / 10 / 2016
“İnter” – “Sumqayıt” matçında 4 qol

Oktyabrın 30-da futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulub.

1news.az xəbər verir ki, turun son oyununda Bakının “İnter” klubu “Sumqayıt”ı qəbul edib. Meydan sahibi bu matçda əzmkar qələbə qazanmağı bacarıb - 3:1.

Belə ki, “Sumqayıt”ın gənc futbolçusu Mirabdulla Abbasov oyunun ikinci dəqiqəsində hesabı açsa da, meydan sahibləri fasiləyədək dönüş yarada bilib. Zurab Xizanaşvili 21-ci dəqiqədə tarazlığı bərpa edib. İkinci hissədə isə kapitan Nizami Hacıyev (55,80) etdiyi dublla komandasına növbəti qələbəni qazandırıb.

Bu nəticə ilə “İnter” 20 xalla 3-cü pillədə möhkəmlənib. “Sumqayıt” isə 9 xalla altınci yeri tutur. “Qəbələ” 24 xalla turnir cədvəlinə liderlik edir. Hesabinda 22 xalı olan “Qarabağ” komandası isə 3-cü pillədə qərarlaşıb.

1news.az

Paylaş:
603

Son xəbərlər

Bütün xəbərlər