Putin plutoniumla bağlı ABŞ-la razılığı dayandırdı | 1news.az | Xəbərlər
Dünya

Putin plutoniumla bağlı ABŞ-la razılığı dayandırdı

16:57 - 31 / 10 / 2016
Putin plutoniumla bağlı ABŞ-la razılığı dayandırdı

Bu gün Rusiyanın prezidenti Vladimir Putin Rusiya ilə ABŞ arasında plutoniumun utilizasiyası ilə bağlı razılığını dayandıran sənəd imzalayıb.

1news.az-ın Lenta.ru-ya istinadən verdiyi məlumatına əsasən, qanunda ABŞ-ın bir sıra şərtləri yerinə yetirəcəyi təqdirdə Moskvanın razılaşmanı bərpa edə biləcəyi qeyd edilir.

“Şərtlər arasında ABŞ-ın 2000-ci ilin senytabrın 1-dən quruma daxil olan NATO-ya üzv ölkələrin ərazisində öz infrastukturunun və kontingentinin azaldılması, həmçinin “Maqnitski qanunun” və rusiyalı fiziki və hüquqi şəxslərlə bağlı bütün sankisyaların geri götürlməsi kimi tələblər yer alır”, - məlumatda deyilir.

1news.az

Paylaş:
580

Son xəbərlər

Bütün xəbərlər