Natiq Əliyev: “Azərbaycan Braziliya ilə enerji əməkdaşlığına hazırdır” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Natiq Əliyev: “Azərbaycan Braziliya ilə enerji əməkdaşlığına hazırdır”

15:30 - 01 / 11 / 2016
Natiq Əliyev: “Azərbaycan Braziliya ilə enerji əməkdaşlığına hazırdır”

Energetika Nazirliyində Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

1news.az-ın Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, R.Mayanın ölkəmizə səfərinin və bu səfər çərçivəsində keçirilən çoxsaylı görüşlərin Azərbaycan-Braziliya əlaqələrinin müxtəlif sahələr üzrə inkişafına təkan verəcəyini vurğulayan energetika naziri N.Əliyev Azərbaycana müxtəlif səviyyələrdə nümayiş etdirilən siyasi dəstəyə görə Braziliya hökumətinə təşəkkürünü bildirib. O, Braziliyanı OPEC sərhədlərindən kənarda hasilatı ən sürətlə artıran neft istehsalçısı kimi xarakterizə edib. İki ölkənin neft-qaz sahəsində əməkdaşlığı üçün böyük imkanların olduğunu diqqətə çatdırıb.

Nazir Xəzərin ‎Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının xarici neft şirkətləri ilə birgə işlənməsini nəzərdə tutan sazişin imzalanması ilə neft-qaz tarixində yeni eranın başlandığını qeyd edərək Hasilatın Pay Bölgüsü (PSA) prinsipinə əsaslanan bu sazişlə Azərbaycanda yeni neft strategiyasının həyata keçirilməsinə start verildiyini bildirib. Onun sözlərinə görə, xarici kapitalın cəlbi, yaradılmış əlverişli mühit neft hasilatının artmasını təmin edib. Nəticədə hasilat üzrə göstəricilər 9 milyon tondan 41 milyon tona qədər yüksəlib.

N.Əliyev onu da əlavə edib ki, bu günə kimi xarici neft şirkətləri ilə, ümumilikdə 26 neft sazişi imzalanıb. Digər ölkələrdən fərqli olaraq Azərbaycanda Hasilatın Pay Bölgüsü Sazişləri qanuni qüvvəyə malikdir, ölkənin digər mövcud qanunlarından daha yüksək hüquqi statusa malikdir. Həmçinin qonaqlara Azərbaycanın enerji resurslarının ixracı istiqamətində həyata keçirdiyi iri layihələr, xüsusilə də 2020-ci ilə qədər yekunlaşdırılması nəzərdə tutulan transmilli “Cənub Qaz Dəhlizi” layihəsinin icra vəziyyəti və əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri R.Maya bildirib ki, ölkəsi böyük neft-qaz potensialına malikdir və son illərdə hökumət neft-qaz yataqlarını xarici şirkətlərə açmaq siyasətini həyata keçirir. Bu baxımdan, Braziliyanın iri karbohidrogen yataqlarında bir sıra layihələrin əsas operatoru olan “Petrobras”la SOCAR-ın əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinə ehtiyac var.

Azərbaycanın xarici investorlar üçün açıq olduğunu deyən N.Əliyev “Petrobas”-SOCAR əməkdaşlığının perspektivlərinin dəyərləndirilməsinin, eləcə də bu işbirliyinin yalnız Azərbaycan və Braziliya ilə məhdudlaşmayaraq, üçüncü bir ölkədə reallaşdırılma imkanlarının öyrənilməsinin də vacibliyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Braziliya ilə enerji əməkdaşlığına hazırdır və neft -qaz kimi ənənəvi enerji mənbələrinin hələ növbəti 40 ildə də dünya enerji balansında üstünlüyünü qoruyub saxlaması bu sahədə əməkdaşlıq əlaqələrinin genişləndirilməsini şərtləndirir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
567

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər