Sorğu: Klinton antireytinqdə Trampı keçib | 1news.az | Xəbərlər
Dünya

Sorğu: Klinton antireytinqdə Trampı keçib

09:31 - 01 / 11 / 2016
Sorğu: Klinton antireytinqdə Trampı keçib

ABŞ-da keçiriləcək prezident seçkilərinə namizəd olan Hillari Klinton mənfi reytinq üzrə Donald Trampı keçib.

Bu ABC televiziyasınınWashington Post qəzetinin keçirdiyi sorğudan sonra bəlli olub.

Xəbərdə bildirilir ki, 60 faiz sorğuda iştirak edənlər Hillari Klintona mənfi yanaşır, 58 faiz isə Donald Trampa.

Sorğuya əsasən, Klintonu 46 faiz dəstələyir, Trampı isə 45 faiz. Sorğu 26-29 oktyabr tarixlərində ingilis və ispan dillərində 1165 seçici arasında aparılıb.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-i keçiriləcək. Hələlik, sorğuların əksəriyyətinə görə, Klinton Trampı qabaqlayır.

RİA Novosti

 

Paylaş:
672

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər