MFL-dən yenilik: “Crossbar Challenge” | 1news.az | Xəbərlər
Futbol

MFL-dən yenilik: “Crossbar Challenge”

12:09 - 01 / 11 / 2016
MFL-dən yenilik: “Crossbar Challenge”

Küçə futbolunu məhəllədən meydanlara daşıyan MFL ölkədə həvəskar futbolçular arasında keçirilən ilk tamhəcmli liqaya daha bir yenilik gətirir.

MFL öz iştirakçılarını və Facebook səhifəsinin izləyicilərini (https://www.facebook.com/mfl.baku) “Crossbar Challenge” ilə (http://bit.ly/2e3UHut) sınamağa hazırlaşır. Bu oyunda topu qapıya yox, dirəyə vurmaq lazımdır!

Təşkilatçıların facebook izləyiciləri üçün nəzərdə tutduğu qaydalar sadədir: iştirakçılar qapıdan 10 addım geridə dayanmalı və həmin məsafədən atdıqları 5 ard-arda zərbədən 3-nü qapının üst dirəyinə vurmalıdırlar.

Videoları noyabrın 3-nə kimi [email protected] yollamaq lazımdır və ya http://bit.ly/2eLdjUf  - bu postun şərh bölməsinə yerləşdirməklə çəkilişə qatılmaq olar.

İştirakçılar addımlarını saymaqdan başlayaraq zərbələrinə qədər bütün kadrları montajsız təqdim etməlidirlər.

Noyabrın 6-da canlı yayımlanacaq çəkilişdə ilk adı çıxan iştirakçı keyfiyyətli idman brendlərini təqdim edən “GoSport” mağazasından 50%, 2-ci iştirakçı 40%, 3-cü iştirakçı 30% endirim qazanacaq.

MFL eyni yarışı liqada iştirak edən 42 komanda arasında da keçirməyə qərar verib. Komandalar üçün isə iştirak qaydaları bir az fərqlidir. Hər komandadan 1 oyunçu olmaqla 42 nəfər arasında fərqlənən iştirakçının komandası “Sportster”də bir saat pulsuz oyun qazanacaq. İştirakçının özünə isə Smartphone telefon hədiyyə ediləcək. Qaydalara gəlincə:

- Noyabrın 3-nə kimi MFL Liqasında iştirak edən hər bir komanda bu oyunda ayağını və başını dəqiq işlədə bilən yalnız 1 oyunçusunun adını MFL təşkilatçılarına bildirməlidir;

- İştirakçı mərkəz xəttinin yarımdairəsindən, istənilən nöqtədən qapının üst dirəyinə ard-arda 5 zərbə vurmalıdır. Zərbələrdən minimum 3-ü qapının üst dirəyinə dəyməlidir.

- Bir neçə iştirakçının eyni göstərici olarsa, zərbələr davam etdiriləcək. Ən çox dəqiq zərbəni yerinə yetirən qalib olacaq.

- Adı qeyd olunan iştirakçı noyabrın 5-də, saat 12:00-da "Sportster" meydançasında keçiriləcək yarışa qatılacaq; yarış günü iştirakçıları maraqlı əyləncə proqramı da gözləyir!

Paylaş:
819

Son xəbərlər

Bütün xəbərlər