84 yaşlı kişi oğrunu təpiklə durdurdu – VİDEO | 1news.az | Xəbərlər
Dünya

84 yaşlı kişi oğrunu təpiklə durdurdu – VİDEO

13:15 - 02 / 11 / 2016
84 yaşlı kişi oğrunu təpiklə durdurdu – VİDEO

Çilidə yaşlı Raul Munyoz daş-qaş oğrusunu təpiklə durdurub.

1news.az-ın verdiyi məlumata əsasən, həyat yoldaşı ilə ticarət mərkəzində gəzən yaşlı onun tərəfə oğrunun qaçdığını görüb.

Raul düşünmədən oğrunun üstünə şığıyıb və ona təpik vurmağa nail olub.

Oğru sürətlə qaçdığı üçün təpikdən sonra təqaüdçü də yerə yıxılaraq xəsarət alıb.

Lakin, qocanın bu qəhrəmanlığı sayəsində oğrunu yaxalamaq mümkün olub.

Raul Munyoz isə xəstəxanaya qaldırılıb.

O, intuitiv səviyyədə hərəkət etdiyini bildirib.

Buna baxmayaraq, həyat yoldaşı Raulun bu qəhrəmanlığını qiymətləndirməyib.

1news.az

Paylaş:
604

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər