Bill Klintonun qeyri-rəsmi oğlu Monika Levinskiyə müraciət etdi – FOTO
Uzun illərdir ki, ABŞ-ın sabiq prezidenti Bill Klintonun oğlu olduğunu iddia edən Denni Li Uilyams Monika Levinskidən kömək istəyib.
1news.az-ın Daily Mail-a istinadən verdiyi məlumatına əsasən, bu yaxınlarda mətbuat konfransı keçirən Uilyams Klintonla qohumluq əlaqəsinin olub-olmamasını müəyyən etmək üçün DNT testindən keçmək istədiyini bildirib.
Lakin, sabiq prezident ekspertiza üçün bioloji material vermək istəmədiyindən Denni rəsmi olaraq, 1990-ci illərdə Blin Klintonla roman yaşamış, Monika Levinskiyə müraciət edib.
Uilyams Levinskidən, 1998-ci ildə sayəsində Bill klintonla cinsi əlaqədə olması sübut edilən, mavi donu istəyib. O, donun üstündə hələ də lazım olan genetik materialın qaldığına əmindir.
“Mən bilirəm ki, ekspertizadan sonra donu Monikaya qaytarıblar. Mənə kömək etməyi xahiş edirəm, əminəm ki, Klintonlar onun da mənim kimi qəlbini qırıblar. Hillai olmasa idi atam məni tanıyardı. Əminəm ki, onu məndən imtina etməyə sövq edib, çünki bu onun karyerasına xələl gətirə bilərdi. Lakin mən siyasətçi deyiləm, sadəcə olaraq atamın kim olduğunu bilmək istəyirəm”, - deyə Uilyams qeyd edib.
1990-cı ildə artıq bununla bağlı DNT testi keçirilib, lakin Denninin Bill Klintonun oğlu olmadığı ortaya çıxıb.
Testlə bağlı sualların qalmasına baxmayaraq, mövzu o vaxt səngimişdi.
Lakin cari ilin oktyabr ayında Uilyams Klintona DNT testi keçmək barəsində növbəti dəfə müraciət edib.
1news.az