Liviya sahillərində gəmi qəzaları: "yüzlərlə insan ölüb"
Liviya sahillərində baş verən iki gəminin qəzaya uğraması nəticəsində 239-dan çox miqrant ölüb, miqrasiya rəsmiləri bildirirlər.
1news.az-ın BBC-yə istinadən verdiyi məlumatına əsasən, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Carlotta Sami-ə hadisədən salamat çıxaraq İtaliyanın Lampeduza adasına çatan iki nəfər bildirib.
Hazırda ölənlərin cəsədləri tapılmayıb. Belə görünür ki, onların əksəriyyəti Qərbi Afrika sakinləri olub.
Beynəlxalq Miqrasiya Təşkilatına əsasən ilin əvvəlindən bəri Şimali Afrikadan Avropaya getməyə cəhd edərkən 4,200 miqrant həlak olub.
BMT güman edir ki, 2016-cı ildə miqrantların ölüm səviyyəsi ən yüksək həddə çata bilər.
1news.az
699