SOCAR-la Misirin Dövlət Neft Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR-la Misirin Dövlət Neft Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

10:58 - 03 / 11 / 2016
SOCAR-la Misirin Dövlət Neft Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

SOCAR və Misirin Dövlət Neft Şirkəti (EGPC) Anlaşma Memorandumu imzalayıblar.

1news.az-a SOCAR-ın mətbuat xidmətindən verilən xəbərə görə, noyabrın 2-də Misirdə səfərdə olan SOCAR-ın prezidenti Rövnəq Abdullayev bu ölkənin neft və mineral ehtiyatlar naziri Tarık əl Molla ilə görüşüb.

Görüşdə tərəflər SOCAR ilə EGPC arasında əməkdaşlığın genişləndirilməsi, Misirin neft sənayesinin modernləşdirilməsində SOCAR-ın rolu və həyata keçirilən digər müştərək layihələr barədə fikir mübadiləsi aparıb.

Sonda SOCAR-ın prezidenti Rövnəq Abdullayev və EGPC-nin icraçı direktoru Tarık əl Hadidi tərəfindən Anlaşma Memorandumu imzalanıb.

1news.az

Paylaş:
908

Son xəbərlər

ABB binasında Libraff!

16 / 09 / 2025, 17:24
Bütün xəbərlər