Millimizin Şimali İrlandiya ilə oyun üçün heyəti açıqlandı
2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 11-də Belfast şəhərində Şimali İrlandiya yığması ilə qarşılaşacaq millimizin heyəti açıqlanıb.
1news.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, millimizin baş məşqçisi Robert Prosineçki 25 oyunçuya dəvət göndərib. “Bursaspor”un hücumçusu Dəniz Yılmaz ilk dəfə millimizə çağırılıb.
Qapıçılar: Kamran Ağayev (“Boavişta”), Səlahət Ağayev (“İnter”), Anar Nəzirov (“Zirə”)
Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Arif Daşdəmirov (hamısı “Qarabağ”),Tərlan Quliyev (“İnter”), Pavel Paşayev (“Stal”, Ukrayna), Məhəmməd Mirzəbəyov (“Qəbələ”)
Yarımmüdafiəçilər: Ruslan Abışov (“İnter”), Rahid Əmirquliyev, Qara Qarayev, Əfran İsmayılov (hamısı “Qarabağ”), Dmitri Nazarov (“Aue”, Almaniya), Rəhman Hacıyev, Araz Abdullayev (hər ikisi “Neftçi”), Eddi İsrafilov (“Kadiz”, İspaniya), Emin Mahmudov (“Boavişta”, Portuqaliya), Elvin Məmmədov (“Zirə”)
Hücumçular: Ağabala Ramazanov (“İnter”), Ruslan Qurbanov (“Qəbələ”), Namiq Ələsgərov (“Qarabağ”), Ramil Şeydayev (“Trabzonspor”), Dəniz Yılmaz (“Bursaspor”)
1news.az