“Samsung” 2,8 milyon paltaryuyanı geri çağırdı | 1news.az | Xəbərlər
Dünya

“Samsung” 2,8 milyon paltaryuyanı geri çağırdı

22:44 - 04 / 11 / 2016
“Samsung” 2,8 milyon paltaryuyanı geri çağırdı

Cənubi Koreyanın “Samsung” şirkəti ABŞ-dakı 2,8 milyon paltaryuyan maşını geri çağırıb, bu barədə ABŞ-ın İstehlak Məhsullarının Satışının Təhlükəsizliyinə dair Komissiyanın (CNBS) məlumatında bildirilir.

Şirkətə paltaryuyan maşınların yüksək vibrasiya ilə bağlı qəza şəraiti yaratdığına dair 700 şikayət daxil olub.

Xidmətin məlumatına görə, baş vermiş qəzalar nəticəsində 9 nəfər travma alıb.

Qeyd olunur ki, “Samsung”un 2011-2016-cı illərdə satılan 34 modeli geri çağırılıb. Bu isə 2, 8 milyon paltaryuyan maşın deməkdir.

CNBS-in məlumatına görə, bəzi müştərilər şirkəti məhkəməyə verib.

Slon.ru

 

Paylaş:
799

Son xəbərlər

Səhiyyə nazirinə ağır itki

06 / 11 / 2025, 16:13
Bütün xəbərlər