Diyarbəkirdəki partlayışda həlak olanların sayı 9 nəfərə çatıb – FOTO - VİDEO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Diyarbəkirdəki partlayışda həlak olanların sayı 9 nəfərə çatıb – FOTO - VİDEO - YENİLƏNİB

18:41 - 04 / 11 / 2016
Diyarbəkirdəki partlayışda həlak olanların sayı 9 nəfərə çatıb – FOTO - VİDEO - YENİLƏNİB

Türkiyənin Diyarbəkir şəhərinin Bağlar rayonunda Terrora Qarşı Mübarizə və Çevik Polis Alayının yerləşdiyi binanın qarşısında törədilən partlayış nəticəsində həlak olanların sayı 9 nəfərə çatıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, hadisədə yaralanan daha bir nəfər xəstəxanada dünyasını dəyişib.

Bununla da 3-ü polis, 6-sı mülki vətəndaş olmaqla 9 nəfər şəhid olub.

TRT Haber

11.06

Türkiyənin Diyarbəkr vilayətinin Bağlar rayonunda polis idarəsinə silahlı hücum olub.

1news.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarında terrorla mübarizə və çevik polis alayının yerləşdiyi bina partladılıb.

Terakt nəticəsində bir nəfər ölüb, 30-dan artıq şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşını cəlb olunub.

İlkin ehtimala görə, partlayıcı qurğu yerləşdirilmiş avtomobil binanın girişində partladılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları partlayışı törədən şəxslərin tapılması üçün əməliyyata başlayıblar.

1news.az

Paylaş:
1328

Son xəbərlər

Bütün xəbərlər