Mosulun 6 rayonu terrorçulardan azad olundu | 1news.az | Xəbərlər
Dünya

Mosulun 6 rayonu terrorçulardan azad olundu

23:52 - 04 / 11 / 2016
Mosulun 6 rayonu terrorçulardan azad olundu

İraq hərbçiləri Mosulun şərqindəki 6 rayonu İŞİD terrorçularından azad edib.

Hərbi əməliyyat zamanı döyüşçülər xeyli itki verib.

İŞİD-çilər isə eyni zamanda cənuba doğru hərəkət edərək Dəclə çayından keçib Mosulun yaxınlığında Şerqat adlı kiçik şəhəri işğal ediblər. Onlar məscid və bir neçə evi dağıdıblar.

Qeyd edək ki, Mosul ərəb torpaqlarının qalası və qeyri-rəsmi paytaxtı hesab olunur. İŞİD-in nəzarətində olan bu şəhəri azad etmək üçün İraq ordusu ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın yardımı ilə oktyabrın 17-də hərbi əməliyyatlara başlayıb.

Lenta.ru

Paylaş:
1021

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər