“Qəbələ” “Sent-Etyen”-ə məğlub oldu | 1news.az | Xəbərlər
Futbol

“Qəbələ” “Sent-Etyen”-ə məğlub oldu

00:03 - 04 / 11 / 2016
“Qəbələ” “Sent-Etyen”-ə məğlub oldu

Bu gün Avropla Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Qəbələ” klubu “Baksel-Arena” stadionunda Fransanın “Sent-Etyen” klubunu qəbul edib.

1news.az-ın verdiyi məlumatına əsasən, ilk qolu matçın 39-cu dəqiqəsində Ruslan Qurbanov vurub (1:0).

Lakin 46-cı dəqiqədə rəqibin futbolçusu Usamma Tannane cərimə zərbəsindən topu qapımıza göndərib (1:1). Burada qapıçımız Bezotosnının kobud səhvini qeyd etmək istərdik.

53-cü dəqiqədə Rəşad Sadiqov ötürməni rəqib komandanın oyunçusuna verib və nəticədə Robert Beriç komandasını irəli çıxarıb (1:2).

Oyun bu hesabla bitib. Ümumi olaraq pis oyun göstərməyən “Qəbələ” 2 səhv ucbatından öz meydanında məğlub olub.

Bu görüşdən sonra əminliklə klubumuz qrupdan çıxa bilməyəcəyini demək olar.

1news.az

Paylaş:
1502

Son xəbərlər

Bütün xəbərlər