Üstündə Azərbaycan yazılmış bir şüşə su 156 dollara - FOTO | 1news.az | Xəbərlər
Dünya

Üstündə Azərbaycan yazılmış bir şüşə su 156 dollara - FOTO

19:49 - 05 / 11 / 2016
Üstündə Azərbaycan yazılmış bir şüşə su 156 dollara - FOTO

Rusiyanın Omsk vilayətində fərdi kolleksioner bir butulka mineal suyu 10 min rubla (təxminən 156 dollar) satışa çıxarıb.

1news.az virtualaz.org-a istinadən xəbər verir ki, “Omsk № 1” mineral suyunun bu cür bahalı olmasının səbəbi onun ötən əsrin 80-ci illərində doldurulmasıdır.

Üstəlik Sovet Azərbaycanının 60 illik yubileyi münasibətilə. Bu səbəbdən suyun üzərində “Sovet Azərbaycanı-60 il” yazılıb.

Suyun sahibi bildirir ki, butulka metal qapaqla örtülüb və suda çöküntü yoxdur:

“Hazırda iki butulka belə su var. Ola bilsin nəinki təkcə Rusiyada, heç dünyada bu sudan qalmayıb”, - deyə kolleksiyaçı bildirir.

1news.az

Paylaş:
827

Son xəbərlər

Bütün xəbərlər