Atatürk hava limanında atışma olub | 1news.az | Xəbərlər
Dünya

Atatürk hava limanında atışma olub

14:54 - 06 / 11 / 2016
Atatürk hava limanında atışma olub

Gecə saatlarında Türkiyənin İstanbul şəhərinin Atatürk Beynəlxalq Hava Limanında baş verən silahlı insidentlə bağlı iki nəfər saxlanılıb.

1news.az “Report”a istinadən xəbər verir ki, əməliyyat zamanı polislə naməlum şəxslər arasında atışma olub.

Nəticədə iki nəfərdən biri yaralanaraq, digəri isə polisin təqibindən sonra ələ keçib.

Polis və mülki şəxslər arasında yaralıların olmasına dair məlumat yoxdur.

1news.az

Paylaş:
517

Son xəbərlər

Bütün xəbərlər