Bu gün İŞİD-in “paytaxtı”na əməliyyat başlayacaq
İŞİD əleyhinə olan ikinci ən böyük əməliyyat yaxın saatlarda başlayacaq.
1news.az islamazeri.az-a istinadən məlumatına görə, kürdlərin “Suriya Demokratik Qüvvələri"ndən bildiriblər ki, Suriyanın Rəqqa şəhərinin azad edilməsi əməliyyatı yaxın saatlarda başlayacaq.
Əməliyyat ABŞ-a məxsus aviasiyanın dəstəyi ilə keçiriləcək.
Şəhərin azad edilməsi əməliyyatı son zamanlarda İŞİD terror təşkilatı əleyhinə başladılan ikinci ən böyük əməliyyat olacaq. Xatırladaq ki, oktyabr ayının əvvəli İraqın təhlükəsizlik qüvvələri ABŞ və digər müttəfiqlərin dəstəyi ilə “İŞİD-in İraq paytaxtı” Mosul şəhərinin azad edilməsi əməliyyatına başayıb.
Qeyd edək ki, Suriyanın Rəqqa şəhəri İŞİD terror təşkilatının paytaxtı hesab olunur.
1news.az