Azərbaycanlı futbolçu Portuqaliyada huşunu itirdi | 1news.az | Xəbərlər
Futbol

Azərbaycanlı futbolçu Portuqaliyada huşunu itirdi

17:16 - 06 / 11 / 2016
Azərbaycanlı futbolçu Portuqaliyada huşunu itirdi

Portuqaliya Sequndasında XIV turun oyunları çərçivəsində milli komandamızın üzvü Budaq Nəsirovun formasını geyindiyi "Sporting" B doğma azarkeşləri önündə "Santa Clara"nı qəbul edib.

1news.az goal.az-a istinadən xəbər verir ki, görüşə start heyətdə başlayan Budaq Nəsirov matçın 58-ci dəqiqəsində məcburi əvəzlənib.

Top uğrunda mübarizə zamanı rəqib futbolçu ilə toqquşan Nəsirov huşunu itirib.

Futbolçumuz dərhal xəstəxanaya çatdırılıb. Hazırda vəziyyəti yaxşıdır.

Qeyd edək ki, matç Lissabon təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

1news.az

Paylaş:
670

Son xəbərlər

Bütün xəbərlər