Rusiyada partlayış: azərbaycanlı ailə dağıntılar altından çıxarılıb | 1news.az | Xəbərlər
Dünya

Rusiyada partlayış: azərbaycanlı ailə dağıntılar altından çıxarılıb

19:43 - 06 / 11 / 2016
Rusiyada partlayış: azərbaycanlı ailə dağıntılar altından çıxarılıb

Rusiyanın İvanovo şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində zərərçəkənlər arasında azərbaycanlı ailə də var.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Moskovskiy Komsomolets” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Ələsgərovlar ailəsi 20 il bundan qabaq Azərbaycandan İvanovoya gəlib. Onların tanışı Vahid İbadovbildirib ki, ailənin başçısı yaşadıqları evin yaxınlığındakı ərzaq mağazasında çalışır:

“Həyat yoldaşı evdar qadındır. Onların 21 yaşlı Elvin adlı oğlu var. Partlayış baş verən zaman partlayışın dalğası Elvini pəncərədən həyətə tullayıb. Valideynləri isə içəridə qalıb. Lakin onları dağıntılar altından çıxartdılar və xəstəxanaya çatdırdılar. Baxmayaraq ki, vəziyyətləri ağırdır, deyilənə görə, onların həyatına heç bir təhlükə yoxdur. Bilmirəm ki, niyə bir sıra KİV-lər Elvinin anasının öldüyünü yazır. Biz günorta xəstəxanada idik, həkimlər bizə belə söz demədilər”.

Qeyd edək ki, noyabrın 6-da gecə saatlarında Rusiyanın İvanovo şəhərində yaşayış binasında güclü partlayış baş verib. Nəticədə 6 nəfər ölüb, 8 nəfər yaralanıb.

1news.az

Paylaş:
646

Son xəbərlər

Bütün xəbərlər