Zukerberqə cinayət işi açıldı | 1news.az | Xəbərlər
Dünya

Zukerberqə cinayət işi açıldı

17:19 - 07 / 11 / 2016
Zukerberqə cinayət işi açıldı

Almaniyada “Facebook”un rəhbəri Mark Zukerberq haqqında “İnsanları təhrik maddəsi” ilə cinayət işi açılıb.

1news.az Technote-yə istinadən xəbər verir ki, cinayət işinə əsas olaraq “Facebook”da edilən təhdid, cinayət və digər mənfi paylaşımları tolerantlıq adıyla yayımına icazə verməkdir.

Xatırladaq ki, bənzər addım ilin əvvəlində də baş vermişdi. Həmin vaxt “Facebook”un digər əməkdaşı Şerli Sandberq və bir neçə şəxs haqda cinayət işi açılıb lakin nəticəsiz qalmışdı.

Bu dəfə isə adı hallanan şəxslərdən əlavə siyahıya yeniləri də əlavə olunub. Bunlar arasında Avropanın baş lobbicisi Richard Allan və Eva-Maria Kirschsieperi də yer alır.

1news.az

Paylaş:
722

Son xəbərlər

Bütün xəbərlər