Britaniya mətbuatı: NATO Rusiya təhlükəsinə qarşı 300 min əsgəri qüvvəni " yüksək həyəcan vəziyyətinə" gətirir
"The İndependent" yazır ki, NATO Rusiya və Baltikyanı ölkələr arasında gərginliyin güclənməsi ilə əlaqədar 300 min əsgəri qüvvəni həyəcan vəziyyətinə gətirib.
1news.az-ın BBC-yə istinadən verdiyi məlumatına əsasən, təşkilatın baş katibi Jens Stoltenberg deyib ki, alyans özünün minlərlə əsgərinin döyüş vəziyyətinə reaksiyasını artırmağa çalışır.
Oktyabr ayında xəbər verilmişdi ki, NATO Baltik ölkələrinin Rusiya ilə sərhədlərində 4 minədək əsgər yerləşdirməyə hazırlaşır. Bu, Soyuq müharibədən bəri alyansın Rusiya yaxınlığında ən böyük qoşun cəmələşdirməsi olmalı idi.
"Biz Rusiyanın müxtəlif şəkillərdə daha da fəallaşmasının şahidi olmuşuq, - Stoltenberg The Times qəzetinə deyib, - Rusiya 2000-ci ildən bəri özünün hərbi xərclərini üç dəfə artırıb. O daim hərbi qabiliyyətini artırır, silahlı qüvvələrini təlim etdirir və qonşu ölkələrə qarşı hərbi güc tətbiq edir".
Stoltenberg bunu da bildirib ki, Rusiya NATO-nun Avropadakı üzvləri arasında təbliğatını gücləndirib.
O bildirib ki, NATO-nun belə vəziyyətə reaksiya göstərməsi tamamilə təbiidir.
"Ona görə də biz bu vəziyyətə Soyuq müharibədən bəri kollektiv müdafiəmizin ən böyük gücləndirilməsi ilə cavab veririlk" - deyib NATO-nun baş katibi.
Cənab Stoltenberg qoşunların dəqiq sayı barədə təfəfərrüatlara varmayb, lakin Britaniyanın NATO-dakı nümayəndəsi lord Adam Thomson deyib ki, burada söhbət təxminən 300 minlik qoşundan gedə bilər.
Onun sözlərinə görə, məqsəd qoşunların səfərbərliyə alınma müddətini ənənəvi 6 aydan iki ayadək qısaltmaqdır.
"The İndependent" yazır ki, qoşunların tərkib nisbəti məsələsi NATO müdafiə nazirlərinin şurasında müzakirə olunub.
Lord Adams-ın sözlərinə görə alyans Rusiyanın artmaqda olan casus və haker fəaliyyətinə, hibrid müharibəsi taktikasına cavab verməyə məcburdur.
1news.az