Tramp həyat yoldaşı ilə seçki məntəqələrindən birində səs verib
Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp həyat yoldaşı Melaniya Knausla Nyu-Yorkda seçki məntəqələrindən birində səs verib.
Tramp jurnalistlərə açıqlamasında qalib gələcəyinə əmin olduğunu bildirib.
O, həmçinin qeyd edib ki, Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klintonun sorğularda ondan çox səs topladığı yalandır: “KİV özünü çox ədalətsiz aparır. Düşünürəm ki, sandıqdakı səslərin çoxu fırıldaqçılıqla olub. Mən düşünmürəm ki, onlar insanların fikrini soruşublar, sadəcə rəqəmləri özlərindən uydurublar”.
“Fox News” telekanalının məlumatına görə, sorğunun son nəticələrinə əsasən, respondentlərin 48%-i H. Klintonu, 44%-i isə D. Trampı dəstəkləyir.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri ikipilləli sistemlə keçirilir. İlk öncə 50 ştatda ayrılıqda ümumxlaq səsverməsi keçirilir. Prezident seçilmək üçün ştat nümayəndələrindən ibarət 538 nəfərlik Seçicilər Kollegiyasına 270 nümayəndə qazanmaq tələb olunur.
Seçicilər prezidentliyə namizədlər üçün dekabrın 19-da formal olaraq səs verəcəklər. Konqres ssəverməninin nəticələrini 2017-ci il yanvarın 6-da təsdiqləyəcək.
ABŞ-ın yeni prezidentinin inaqurasiya mərasimi isə yanvarən 20-də baş tutacaq.
RİA Novosti