Şimali İrlandiya – Azərbaycan oyununun hakimləri müəyyənləşdi
Millimizin DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə keçiriləcək oyununun hakimləri müəyyənləşib.
1news.az-ın məlumatına görə, oyunu fransalı hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Klement Turpin olacaq. Ona Nikolas Danos və Siril Qrinqor kömək edəcək. Dördüncü hakim funksiyasını isə Frank Şneyder yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 11-də keçiriləcək Şimali İrlandiya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
1news.az
790