Azərbaycanda sürücü qoyun sürüsünə girdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda sürücü qoyun sürüsünə girdi

10:20 - 09 / 11 / 2016
Azərbaycanda sürücü qoyun sürüsünə girdi

Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonundan keçən hissəsində ciddi yol-nəqliyyat hadisəsi baş verib.

Dövlət Yol Polisindən 1news.az-a verilən məlumata əsasən, “Mazda” avtomobilinin sürücüsü Gəncə sakini Nizami Quliyev yüksək sürətlə 156 başdan ibarət yolu keçən qoyun sürüsünə girib.

Qəza nəticəsində sürücü yüngül xəsarət alıb, ona tibbi yardım göstərilib.

Avtomobil isə ciddi zərər görüb, bundan əlavə 28 qoyun tələf olub.

Faktla bağlı araşdırma başladılıb.

1news.az

Paylaş:
459

Son xəbərlər

Bütün xəbərlər