Türkiyədə növbəti terakt həyata keçirilib

Türkiyənin Mardin əyalətində yerləşən Derik şəhərində partlayış baş verib.
1news.az-ın NTV-yə istinadən verdiyi məlumatına əsasən, partlayış şəhər administrasiyası binasının yanında meydana gəlib.
Terakt nəticəsində yaralılar var.
Həmçinin partlayışda xəsarət alanlardan biri rayon administarsiyasının rəhbəridir.
Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşını cəlb edilib. Faktla bağlı araşdırmalara başlanıb.
1news.az
1185