İslam Həmrəyliyi Oyunlarına könüllülərin qeydiyyatı başladı | 1news.az | Xəbərlər
İdman

İslam Həmrəyliyi Oyunlarına könüllülərin qeydiyyatı başladı

15:53 - 10 / 11 / 2016
İslam Həmrəyliyi Oyunlarına könüllülərin qeydiyyatı başladı

2017-ci ildə Bakıda baş tutacaq  4-cü İslam Həmrəyliyi Oyunları nəzdində fəaliyyət  göstərəcək  Könüllülük Proqramına qeydiyyata start verildi.

1news.az-ın məlumatına görə, növbəti il ölkəmizdə keçiriləcək  IV İslam Həmrəyliyi Oyunlarında könüllü fəaliyyətinə qoşulmaq istəyən hər kəsin  rəsmi internet səhifəsində (http://baku2017.com/volunteers) qeydiyyatdan keçməsi, müsahibə və təlimlərdə iştirakı mütləq sayılır.

Könüllü olaraq seçiləcək gənclər İslam Həmrəyliyi Oyunlarının keçirilməsində müxtəlif sahələrdə, o cümlədən qonaqların qarşılanması, akkreditasiya, media, idman, texnologiya, nəqliyyat, məkanın idarə olunması, işçi qüvvəsi, milli olimpiya komitələri, təhlükəsizlik və protokol kimi sahələrdə könüllülər fəal çalışaraq böyük təcrübə əldə edəcəklər.

Beləliklə, Bakı 2017 İslam Oyunları Əməliyyat Komitəsi fəal və həvəsli,  məsuliyyətli, yardımsevər və xeyirxah, mehriban və gülərüz, ünsiyyət qurmağı bacaran, komandada işləmək bacarığı olan hər kəsi IV İslam Həmrəyliyi oyunlarının bir parçası olamağa dəvət edir.

Könüllü olmaq üçün müraciət etmək istəyən namizədlər http://baku2017.com/volunteers səhifəsində qeydiyyatdan keçə bilərlər. Qeydiyyat prosesini tamamlamış namizədlər müsahibə mərhələsindən uğurla keçdikdən sonra əməliyyat komitəsinin peşəkarları tərəfindən verilən bir sıra təlimlərə cəlb olunacaqlar və bununla da onlar könüllülük fəaliyyəti üçün tələb olunan yüksək göstəricilərə yiyələnəcəklər.

Oyunlar zamanı könüllülər aşağıdakıları əldə edəcəklər:

 - Unudulmaz və maraqlı təcrübə;

- Komandada işləmək imkanı;

- Yeni münasibətlər və dostluqlar;

- Azərbaycanı təmsil etmək imkanı;

- Xüsusi mükafatlandırma tədbirlərinə dəvət;

- Rəsmi uniforma;

- Sertifikat.

Qeyd edək ki, son dövrlərdə beynəlxalq tədbirlərin uğurla keçirilməsində minlərlə könüllünün rolu əvəzolunmazdır. İslam ənənələrini özündə əks etdirən müasir və fəal cəmiyyətin yaşadığı paytaxt Bakıda belə bir dünya miqyasli idman tədbirinin təşkili və uğurla həyata keçirilməsi üçün 8 min fəal könüllünün cəlb olunması nəzərdə tutulur.

1news.az

Paylaş:
877

Son xəbərlər

Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31
Bütün xəbərlər