AZAL yığmamızla qarşılaşacaq | 1news.az | Xəbərlər
İdman

AZAL yığmamızla qarşılaşacaq

1news Redaksiyası17:03 - 10 / 11 / 2016
AZAL yığmamızla qarşılaşacaq

Millimizin oyunu ilə əlaqədar çempionatda yaranan fasilədə AZAL iki yoxlama oyununda qüvvəsini sınayacaq.

1news.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komanda noyabrın 13-də həvəskarlar liqasında mübarizə aparan “Liman”ı sınaga çəkəcək. Bu görüş “AZAL-Arena”da baş tutacaq.

Növbəti oyunda isə rəqib gənclərdən ibarət yığma olacaq. Yaşar Vahabzadənin rəhbərlik etdiyi U-21-lə görüş noyabrın 15-də Bakı Olimpiya Stadionunun yardımçı meydançasında keçiriləcək.

1news.az

Paylaş:
1009

Son xəbərlər

Paşinyan Putinə zəng etdi

07 / 10 / 2026, 15:24
Bütün xəbərlər