Vyetnam hökuməti Rusiya ilə birgə AES tikintisi layihəsindən imtina edib | 1news.az | Xəbərlər
Dünya

Vyetnam hökuməti Rusiya ilə birgə AES tikintisi layihəsindən imtina edib

22:38 - 10 / 11 / 2016
Vyetnam hökuməti Rusiya ilə birgə AES tikintisi layihəsindən imtina edib

Vyetnam hökuməti Rusiyanın “Rosatom” şirkəti ilə birgə ölkədə Atom Elektrik Stansiyasının (AES) tikilməsi layihəsindən imtina edib.

1news.az Report.az-a istinadən xəbər verir ki, bu barədə “Vietnam Electricity”nin Direktorlar Şurasının başçısı Zıonq Kuanq Txan bildirib.

O deyib ki, AES-in tikilməsi haqqında qərar qəbul ediləndə neft və təbii qaz indikindən daha baha idi: "İqtisadi inkişafın sürəti elektrik enerjisinə tələbatın azalmasına səbəb olub”.

Məlumata görə, “Rosatom” yaxın 10 ildə Vyetnamda AES tikintisi ilə bağlı 40 sifariş alacağını gözləyirdi.

1news.az

Paylaş:
657

Son xəbərlər

Bütün xəbərlər