Türkiyə ordusu Şırnakta terrorçulara aid silah-sursat ələ keçirib | 1news.az | Xəbərlər
Dünya

Türkiyə ordusu Şırnakta terrorçulara aid silah-sursat ələ keçirib

10:50 - 10 / 11 / 2016
Türkiyə ordusu Şırnakta terrorçulara aid silah-sursat ələ keçirib

Türkiyə Silahlı Qüvvələrinin ölkənin Şırnak əyalətində keçirdiyi əməliyyat çərçivəsində PKK terrorçularına aid böyük sayda silah-sursat aşkar edilib.

1news.az-ın Milliyet-ə istinadən verdiyi məlumatına əsasən, əməliyyat zamanı 19 terrorçu məhv edilib, 1 isə diri olaraq ələ keçirilib.

Bu tədbirlər sayəsində PKK terrorçularının qışa hazırlıq prosesinə ciddi zərbə vurulub.

Qeyd edək ki, əməliyyat zamanı 16 gizli depoda 1 iriçaplı silah, 13 Kalaşnikov avtomatı, 1 snyaper tüfəngi, qumbaraatn, 2 tank əleyhinə mina, 1 ton 655 kiloqram amonnium nitrat, 50 əl bombası, kvadrasikl, motosiklet və çoxlu sayda qida məhsulları aşkar edilib.

Aşkar olunan silah-sursat içərisində diqqət çəkən isə 100 ədəd hamiləliyə qarşı dərmanlar olub.

Hal-hazırda bölgədə əməliyyat davam edir.

1news.az

Paylaş:
783

Son xəbərlər

Bütün xəbərlər