Fransada kimyəvi maddələr daşıyan qatar relsdən çıxıb | 1news.az | Xəbərlər
Dünya

Fransada kimyəvi maddələr daşıyan qatar relsdən çıxıb

23:26 - 10 / 11 / 2016
Fransada kimyəvi maddələr daşıyan qatar relsdən çıxıb

Fransanın şimalında kimyəvi maddələr daşıyan yük qatarı relsdən çıxıb.

1news.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumatına əsasən, hadisə Lomm kommunasının yaxınlığında baş verib.

Qəzanın səbəbləri hələ müəyyən olunmayıb.

Hadisə yerinə yanğınsöndürənlər və kimyəvi təhlükənin qarşısını almaqda mütəxəssis olan qrup cəlb olunub.

Qəza nəticəsində dəmir yolunda qatarların hərəkəti dayandırılıb.

1news.az

Paylaş:
844

Son xəbərlər

Bütün xəbərlər