AFFA I Divizion klublarını cərimələdi | 1news.az | Xəbərlər
Futbol

AFFA I Divizion klublarını cərimələdi

19:10 - 11 / 11 / 2016
AFFA I Divizion klublarını cərimələdi

Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

1news.az-ın məlumatına görə, aparılan müzakirələrdən sonra Birinci Divizionun 10-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Şahdağ” - “Ağsu” matçında “Şahdağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu İqrar Səmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Turan Tovuz” - “Şərurspor” matçının 44-cü dəqiqəsində “Şərurspor”un futbolçusu Qadir Həşimli sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Mil-Muğan” - MOİK matçında həm meydan sahiblərinin, həm də qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunub.

1news.az

Paylaş:
864

Son xəbərlər

Bütün xəbərlər