Azərbaycan-Rusiya sərhədində yaranan sıxlığın aradan qaldırılması ilə bağlı razılıq əldə olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan-Rusiya sərhədində yaranan sıxlığın aradan qaldırılması ilə bağlı razılıq əldə olunub

22:14 - 11 / 11 / 2016
Azərbaycan-Rusiya  sərhədində yaranan sıxlığın aradan qaldırılması ilə bağlı razılıq əldə olunub

Azərbaycan-Rusiya  sərhədində  yaranan avtonəqliyyat vasitələrinin sıxlığını aradan qaldırmaq məqsədilə bu gün iki ölkənin gömrük və sərhəd xidmətləri nümayəndələri arasında sərhəddə baş tutan görüşün nəticələri məlum olub.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan nümayəndə heyəti  Rusiya tərəfdəki  sərhəd-keçid məntəqəsində yaranan problemin avtonqliyyat vasitələrinin sıxlığına səbəb olduğunu və tez bir zamanda aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Rusiya Federasiyasının gömrük və sərhəd xidmətlərinin nümayəndələri də  sərhəd-keçid məntəqəsindən avtonəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsinin təmin edilməsi üçün bütün zəruri addımların atıldığını, gün ərzində sərhəddən 150-yə qədər nəqliyyat vasitəsinin keçidini təmin etməyə çalışdıqlarını və sıxlığın tez bir zamanda aradan qaldırılması üçün bütün imkanların səfərbər olunduğunu bildiriblər.

Xatırladaq ki, Azərbaycan-Rusiya sərhədində yaranan problemin aradan qaldırılması üçün Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyi arasında telefon danışığı olub və qonşu ölkənin gömrük xidmətinə rəsmi müraciət ünvanlanıb.

Mövzu ilə əlaqədar: Dövlət Gömrük Komitəsi Azərbaycan-Rusiya sərhəddində sıxlığın yaranmasına aydınlıq gətirib

1news.az

Paylaş:
1012

Son xəbərlər

Bütün xəbərlər