“Qızıl Qran Pri” turnirinə 50-dən artıq ölkədən 700-ə yaxın iştirakçı qatılacaq – VİDEO | 1news.az | Xəbərlər
İdman

“Qızıl Qran Pri” turnirinə 50-dən artıq ölkədən 700-ə yaxın iştirakçı qatılacaq – VİDEO

11:53 - 11 / 11 / 2016
“Qızıl Qran Pri” turnirinə 50-dən artıq ölkədən 700-ə yaxın iştirakçı qatılacaq – VİDEO

Noyabrın 24-dən 26-dək Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi baş tutacaq. 


1news.az-ın məlumatına görə, sayca 9-cu dəfə baş tutacaq turnir Bakı İdman Sarayında keçiriləcək. Turnirə 50-dən artıq ölkədən 700-ə yaxın iştirakçının qatılacağı gözlənilir. 

Proqrama əsasən, yarışların ilk günündə sərbəst güləşçilər mübarizə aparacaq. Noyabrın 25-də qadın, 26-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

İlk görüşlər hər gün saat 10:00-da, final qarşılaşmaları saat 17:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi noyabrın 24-də saat 16:00-da baş tutacaq. 

Yarışın yayımçısı “İdman Azərbaycan” kanalı, informasiya tərəfdaşı isə "Azərtac" İnformasiya Agentliyidir.

1news.az

Paylaş:
889

Son xəbərlər

Bütün xəbərlər