Rusiyada dollar sürətlə bahalaşır | 1news.az | Xəbərlər
Dünya

Rusiyada dollar sürətlə bahalaşır

20:22 - 12 / 11 / 2016
Rusiyada dollar sürətlə bahalaşır

Rusiyada dolların məzənnəsi dünən, noyabrın 11-də 66 rubl həddini ötüb.

1news.az Report-a istinadən xəbər verir ki, dolların məzənnəsi son dəfə cari ilin avqust ayının 4-də 66 rubldan baha olub.

Rublun ucuzlaşmasına ABŞ-dakı prezident seçkilərindən sonra dolların qlobal valyuta bazarında möhkəmlənməsi və neft qiymətlərinin 45 dollar/bareldən aşağı düşməsi amilləri ilə bağlıdır. Belə ki, seçkilərdə respublikaçı namizəd Donald Trampın qələbə qazanması inkişaf etməkdə olan ölkələrin yerli valyutalarının məzənnəsini kəskin ucuzlaşdırıb.

Ümumiyyətlə, azsaylı istisnalar olmaqla, ABŞ dolları dünyanın əksər valyutaları ilə müqayisədə güclənib. Buna səbəb, Trampın proteksionist iqtisadi siyasət tərəfdarı olması və ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırmasını dəstəkləməsi göstərilir.

D.Trampın Çin mallarına qarşı tətbiq etməsi gözlənilən əlavə idxal gömrük rüsumları ilə bağlı açıqlaması yuanın son günlər dollarla müqayisədə kəskin ucuzlaşmasına səbəb olub ki, bu amil də bütün dünya valyutalarına, o cümlədən rublun məzənnəsinə mənfi təsir göstərib. Dolların möhkəmlənməsi öz növbəsində neft qiymətlərinin də azalmasına səbəb olub. Qlobal neft hasilatının oktyabrda sürətlə artaraq 97,8 mln. barel/günə yüksəlməsi neft qiymətləri üzərində təzyiqləri daha da artırıb.

“Report”un analitik qrupu FES-in dekabrın 13-14-də keçiriləcək növbəti iclasına qədər dolların möhkəmlənməsi prosesinin davam edəcəyini, neftin isə OPEC-in Vyana sammitindən (30 noyabr) sonra daha da ucuzlaşacağını ehtimal edərək dolların məzənnəsinin 70 RUB/USD həddini aşacağını proqnozlaşdırır.

1news.az

Paylaş:
487

Son xəbərlər

Xəzər dənizində qadın batıbBu gün, 18:07Bəzi rayonlara yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVABu gün, 17:43Keçmiş məhkumdan külli miqdarda narkotik vasitə aşkarlanıbBu gün, 17:19Bakıda 17 yaşlı oğlan qətlə yetirilib, iki nəfər saxlanılıbBu gün, 16:4546 yaşlı kişi dənizdə batıbBu gün, 16:12Azərbaycanda küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilibBu gün, 15:57Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 15:32Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 15:14Silk Way West Airlines və China Henan Aviation Group arasında anlaşma memorandumu imzalanıbBu gün, 14:59ETSN sözçüsü: Hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündürBu gün, 14:47Əmtəə bazarlarında qızılın ucuzlaşması davam edirBu gün, 14:31Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 14:16AİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilibBu gün, 14:06Daşaltıda bir tondan artıq çətənə bitkisi məhv edilibBu gün, 13:51İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib - FOTO - YENİLƏNİBBu gün, 13:39Buzovnada maskalı şəxslər girdikləri evin sahibinə xəsarət yetirdiBu gün, 13:23İlham Əliyev İtaliyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİBBu gün, 13:10Keçmiş məhkum dələduzluğa görə saxlanıldıBu gün, 12:50Sabah yağış yağacaq, külək əsəcək - ProqnozBu gün, 12:27Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyikBu gün, 12:09
Bütün xəbərlər